Onlayn mağazanızı əvvəlcə pulsuz görün
Nə satdığınızı yazın və sosial media səhifənizin linkini göndərin. Qalanını biz edək: şəkillərinizi və məhsullarınızı oradan götürüb işləyən numunə hazırlayırıq. Xoşunuza gəlsə, davam edək; gəlməsə, heç nə ödəmirsiniz.
- Numunə tam pulsuzdur
- Şəkil və mətn hazırlamaq lazım deyil
- Öhdəlik yoxdur
Necə başlayırıq? Cəmi 3 addım
Sizdən yalnız nə satdığınız və bir link kifayətdir. Dizayn, məhsulların yerləşdirilməsi və quraşdırma bizdədir.
- 1
Nə satdığınızı və səhifənizin linkini göndərin
WhatsApp-da bir cümlə yazın: “Mən ətir satıram” və Instagram, TikTok ya da Facebook səhifənizin linkini atın. Fayl, şəkil, mətn hazırlamağa ehtiyac yoxdur — linki kopyalayıb yapışdırmaq kifayətdir.
- 2
Numunəni görün
Səhifənizdəki məhsul şəkilləri, adlar və qiymətlərlə doldurulmuş, işləyən saytı özünüz açıb baxırsınız. Pulsuz.
- 3
Qərar sizindir
Bəyəndinizsə, birlikdə davam edirik. Bəyənmədinizsə, sağ olun deyib ayrılırıq — borcunuz olmur.
Mağazanızda nələr olacaq
Satışa başlamaq üçün lazım olan əsas şeylər hazır gəlir.
Hazır mağaza
Məhsullar, kateqoriyalar, anbar, kampaniya və promo kodlar.
Sifariş qəbulu
Müştəri səbətə atır, sifariş idarə panelinizə düşür.
Üç dildə
Azərbaycan, ingilis və rus dilində eyni mağaza.
Sizin üslubunuz
Rəng, şrift və loqo brendinizə uyğun seçilir.
Özünüz idarə edin
Məhsul və səhifələri kod bilmədən özünüz dəyişirsiniz.
Axtarışa hazır
Sayt Google və süni intellekt axtarışlarının oxuya biləcəyi formada qurulur.
Bu sizin üçündür, əgər…
…məhsul satırsınız və müştəriləriniz artıq internetdə axtarır. Məsələn:
- Geyim və aksesuar
- Kosmetika və ətir
- Ev və dekor
- Hədiyyə və əl işləri
- Elektronika
- Qida və içki
Çox verilən suallar
Numunə həqiqətən pulsuzdur?
Bəli. Numunəni görmək üçün heç nə ödəmirsiniz və bizimlə davam etmək məcburiyyətində deyilsiniz.
Sosial media səhifəmi niyə istəyirsiniz?
Məhsullarınızı, şəkillərinizi və qiymətlərinizi oradan götürürük ki, numunə boş yox, sizin real mağazanız kimi görünsün. Sizdən əlavə heç nə tələb olunmur; səhifəniz yoxdursa, sadəcə nə satdığınızı yazın.
Nə qədər vaxt çəkir?
Adətən bir neçə saat. Məhsul sayınız çoxdursa, əvvəlcədən deyirik ki, gözləntiniz dəqiq olsun.
Texniki biliyim yoxdur, çətin olmazmı?
Xeyr. Quraşdırmanı biz edirik. Sonra məhsul və səhifələri sadə panel vasitəsilə, kod yazmadan dəyişə bilərsiniz.
Bəs qiymət nə qədər olacaq?
Numunəni gördükdən sonra, sizin ehtiyaclarınıza uyğun açıq şəkildə danışırıq. Gizli ödəniş olmur.
Bəyənməsəm nə olacaq?
Heç nə. Sadəcə bizə bildirin, razılaşmadan davam etmirik.
Risk yoxdur, yalnız bir mesaj
Numunə pulsuzdur və heç bir öhdəlik yaratmır. Nə satdığınızı və səhifənizin linkini göndərin, mağazanızın necə görünəcəyini pulsuz görün. Qalanını biz edək.